Baş katib: Məqsədimiz Türk dünyası daxilində iqtisadi əməkdaşlığı tezliklə 10 faizə çatdırmaqdır
- 21 may, 2025
- 11:32
Yeniliklərdən dərhal xəbərdar olun!
Məqsədimiz Türk dünyası daxilində iqtisadi əməkdaşlığı tez bir zamanda 10 faizə çatdırmaqdır.
Bunu "Report"a müsahibəsində Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyev deyib.
Onun sözlərinə görə, regionun Şərq və Qərb, Şimal və Cənub arasında strateji mövqedə yerləşməsini nəzərə alsaq, ticarətin genişlənməsi üçün böyük potensial mövcuddur:
"Hazırda TDT-yə üzv dövlətlər ümumi ÜDM göstəricisinə görə dünyada 12-ci yerdə qərarlaşır və birgə xarici ticarət həcmi 850 milyard ABŞ dolları təşkil edir. Lakin bu ticarətin yalnız 7 faizi, yəni təxminən 57 milyard dolları TDT daxilində aparılır. Bir neçə il öncə bu göstərici cəmi 3 faiz idi, buna görə də artım tempi ümidvericidir".
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.