Bakıda TDT ölkələrinin beyin mərkəzlərinin konfransı keçirilib - YENİLƏNİB
- 29 sentyabr, 2025
- 13:58
Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin beyin mərkəzlərinin konfransı keçirilib.
"Report" xəbər verir ki, "Qlobal qeyri-müəyyənlik dövründə Türk Dövlətləri Təşkilatı regional aktor kimi" mövzusuna həsr olunmuş konfransda iştirakçı ölkələrin nümayəndələri çağdaş beynəlxalq münasibətlər sistemində Türk Dövlətləri Təşkilatının rolu, qarşılaşdığı strateji çağırışlar və üzv dövlətlər üçün ortaya çıxan yeni əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Konfrans çərçivəsində ümumilikdə üç panel müzakirəsi və əlavə sual-cavab sessiyasi baş tutub.
Çıxışçılar "Siyasi-təhlükəsizlik qeyri-müəyyənliyi dövründə TDT-nin qlobal sülh və sabitliyə töhfələri", "İqtisadi qeyri-sabitlik dövründə TDT-nin dünya iqtisadiyyatı, ticarət və nəqliyyata verdiyi töhfələr", həmçinin "Qlobal qeyri-müəyyənlik dövründə mədəniyyət, elm və parlamentarizm sahəsində TDT siyasəti" adlı panellərdə mövzular ətrafında geniş fikir mübadiləsi aparıblar.
Müzakirələrdə TDT-nin fəaliyyət istiqamətinin genişləndirilməsi, qarşılıqlı əlaqələrin gücləndirilməsi kimi tezislər əsas motiv olub.
Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin beyin mərkəzlərinin konfransı keçirilir.
"Report" xəbər verir ki, "Qlobal qeyri-müəyyənlik dövründə Türk Dövlətləri Təşkilatı regional aktor kimi" mövzusuna həsr olunmuş konfransda iştirakçı ölkələrin nümayəndələri çağdaş beynəlxalq münasibətlər sistemində Türk Dövlətləri Təşkilatının rolu, qarşılaşdığı strateji çağırışlar və üzv dövlətlər üçün ortaya çıxan yeni əməkdaşlıq imkanlarını müzakirə edəcəklər.
Konfrans çərçivəsində üç panel müzakirənin olacağı gözlənilir.