Bakıda Qazax xanlığının yaradılmasının 550 illiyi qeyd ediləcək

Xarici siyasət
  • 23 noyabr, 2015
  • 06:44
Bakıda Qazax xanlığının yaradılmasının 550 illiyi qeyd ediləcək

Bakı. 23 noyabr. REPORT.AZ/ Bakıda Qazax xanlığının yaradılmasının 550 illiyinə həsr edilmiş tədbir keçiriləcək.

Qazaxıstanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, mərasim dekabrın 22-də keçiriləcək. Tədbirdə alimlər, millət vəkilləri, artistlər iştirak edəcək. Tədbirdə, eyni zamanda türkdilli ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənovun, TürkPA-nın baş katibi Jandos Asanovun, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdıralinin iştirakı gözlənilir.

Tədbirin qonaqlarına Qazax xanlığının tarixi haqqında ətraflı məlumat veriləcək.

Qeyd edək ki, 31 dekabr 2014-cü il tarixində Qazaxıstan hökuməti "2015-ci ildə Qazax xanlığının 550 illik yubileyinin keçirilməsinə hazırlıq görülməsi haqqında" fərman imzalayıb.