Bakıda Donetskdə baş verən təyyarə qəzası qurbanlarının xatirəsi yad edilib
Xarici siyasət
- 11 noyabr, 2014
- 10:40
Bakı. 11 noyabr. REPORT.AZ/ Niderland və ölkənin xaricdəki diplomatik nümayəndəliklərində Donetskdə Malayziya Hava Yollarına məxsus Boeing-777 təyyarə qəzası qurbanlarının anım günü keçirilib.
Bu barədə "Report"a Niderlandın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Məlumata görə, bununla əlaqədar noyabr ayının 10-da Niderlandın Bakıdakı diplomatik nümayəndəliyində Niderlandın dövlət bayrağı endirilib, səfirliyin əməkdaşları ölən həmvətənlilərinin xatirəsini yad ediblər.
Xatırladaq ki, Malayziya Hava Yollarına məxsus Boeing-777 təyyarəsi bu il iyul ayının 17-də qəzaya uğrayıb, nəticədə 192 Niderland vətəndaşı həlak olub. Ekspertlər təyyarənin raketlə vurulması nəticəsində qəzaya uğradığını ehtimal edirlər. Qəzanın istintaqı davam edir.
Son xəbərlər
20:00
Tramp İranla müharibəni nüvə sazişi olmadan başa çatdırmağı düşünür
Digər ölkələr19:51
Avstriya Baş naziri sabah Türkiyəyə səfər edəcək
Region19:39
Kamandan oxatma üzrə ölkə çempionatı və kuboku başa çatıb
Fərdi19:21
Rusiyanın Suriyadakı hərbi bazaları Dəməşqin nəzarətinə keçəcək
Digər ölkələr19:08
İran Məclisinin komitəsi Hörmüz boğazı ilə bağlı qanun layihəsini təsdiqləyib
Region19:02
Foto
Video
Bakı Neft Terminalında güclü yanğın söndürülüb - YENİLƏNİB - 2
Hadisə18:37
Müdafiə Nazirliyi həftəlik icmalını yayımlayıb
Hərbi18:31
Sumqayıtda motosiklet sürücülərinə qarşı reyd keçirilib
Hadisə18:17