İmişlidə Araz çayında batan gəncin meyiti tapılıb - YENİLƏNİB

Hadisə
  • 09 avqust, 2026
  • 18:17
İmişlidə Araz çayında batan gəncin meyiti tapılıb - YENİLƏNİB

İmişli rayonunda Araz çayında batan Elgün Həsənovun meyiti tapılıb.

"Report"un Muğan bürosunun məlumatına görə, onun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, hadisə bu gün çayın Şahverdili və Göbəktala kəndləri ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 29 yaşlı E. Həsənov çayda çimərkən boğulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

İmişlidə gənc oğlan Araz çayında batıb.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə çayın Şahverdili və Göbəktala kəndləri ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 29 yaşlı Elgün Həsənov çayda çimərkən boğulub. Hazırda onun axtarışları davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.