Ferqus Auld: Bakı və London strateji tərəfdaşlığı möhkəmləndirir
- 06 mart, 2026
- 17:33
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan və Böyük Britaniya strateji tərəfdaşlığı möhkəmləndirir.
"Report" xəbər verir ki, bu barədə Britaniyanın Bakıdakı səfiri Ferqus Auld "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin Britaniyaya səfəri iqtisadi artım, diversifikasiya və innovasiya sahələrində əməkdaşlıq imkanlarını əhatə etdi", - səfir yazıb.
O, həmçinin qeyd edib ki, səfər iki ölkə arasındakı srateji tərəfdaşlığın genişliyinin nümunəsidir: "Belə səfərlər tərəfdaşlıqların irəliləməsinə xidmət edir. Davamlı olsun!"
Nazir @RashadNNabiyev-in 🇬🇧-ya səfəri iqtisadi artım, diversifikasiya və innovasiya sahələrində əməkdaşlıq imkanlarını əhatə etdi.
— FergusAuldFCDO (@FergusAuldFCDO) March 6, 2026
Bu, 🇬🇧-🇦🇿 Strateji Tərəfdaşlığımızın genişliyinin nümunəsidir. Belə səfərlər tərəfdaşlıqların irəliləməsinə xidmət edir. Davamlı olsun! 🤝 pic.twitter.com/bGMUcU6APi