Bahar Muradova ABŞ-də macarıstanlı həmkarı ilə görüşüb
Xarici siyasət
- 11 mart, 2025
- 21:50
Nyu-Yorkda səfərdə olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Macarıstanın ailə məsələləri üzrə dövlət katibi Zofia Kontsla görüşüb.
“Report”un ABŞ bürosu xəbər verir ki, görüşdə iki ölkə arasında dostluq münasibətləri, eləcə də iqtisadi, sosial, siyasi və mədəni əlaqələrin yüksək səviyyədə inkişaf etdiyi vurğulanıb.
Tərəflər ailə məsələləri sahəsində əməkdaşlıq və təcrübə mübadiləsinə dair müzakirələr aparıb, gələcəkdə Macarıstan və Azərbaycan arasında bu sahədə həyata keçirilməsi vacib olan layihələri müzakirə ediblər.
Qeyd edək ki, görüş BMT-nin Qadınların Statusu Komissiyasının Nyu-Yorkda keçirilən 69-cu sessiyası çərçivəsində baş tutub.
Son xəbərlər
06:48
Rusiya Ukraynaya kütləvi zərbələr endirib, ölənlər var
Digər ölkələr06:23
Pezeşkian: ABŞ ilə danışıqlar yolunda addım-addım irəliləyəcəyik
Region05:52
Britaniya Kiprdəki Akrotiri aviabazası üçün çoxsəviyyəli təhlükəsizlik tədbirləri elan edib
Digər ölkələr05:12
Tramp KXDR-ə qarşı genişmiqyaslı hərbi təlimləri bəyənmir
Digər ölkələr04:34
Şahzadə Harri, Meqan Markl və övladları Böyük Britaniyaya qayıdırlar
Digər ölkələr04:08
Ekvadorun Kəşfiyyat Mərkəzinin rəhbəri Keniyada helikopter qəzasında ölüb
Digər ölkələr03:47
Tramp İrana qarşı misli görünməmiş iqtisadi təzyiqləri elan edib
Digər ölkələr03:16
Türkiyə Yunanıstanın bərpa olunan enerji ilə bağlı yeni reqlamentini tanımayıb
Region02:50