Bakıda Azərbaycan və Macarıstan XİN başçıları arasında geniştərkibli görüş başlayıb
- 03 fevral, 2022
- 11:11
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və macarıstanlı həmkarı Peter Siyarto arasında nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş başlayıb.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviter hesabında paylaşım edilib.
14:39
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla macarıstanlı həmkarı Peter Siyartonu arasında təkbətək görüş başlayıb.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
14:30
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov macarıstanlı həmkarı Peter Siyartonu qarşılayıb.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) tviter səhifəsində paylaşım edilib.
Nazir Ceyhun Bayramov #Azərbaycan/a rəsmi səfəri çərçivəsində #Macarıstan xarici işlər və ticarət naziri Peter Siyartonu salamlayır
— MFA Azerbaijan (@AzerbaijanMFA) February 3, 2022
FM of Azerbaijan @Bayramov_Jeyhun welcoming Minister of Foreign Affairs & Trade of Péter Szijjártó within his official visit to Azerbaijan pic.twitter.com/fdgdRVj1eh