​Azərbaycan xarici işlər naziri Türkiyəyə səfər edəcək

Xarici siyasət
  • 09 dekabr, 2014
  • 16:29
​Azərbaycan xarici işlər naziri Türkiyəyə səfər edəcək

Bakı. 9 dekabr. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə işgüzar səfərə gedəcək. XİN mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səfərdə məqsəd dekabrın 10-da Qars şəhərində keçirilməsi planlaşdırılan Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirak etməkdir. Səfər çərçivəsində Elmar Məmmədyarovun görüşdə çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.