Kamçatka sahillərində "Triumf" gəmisində baş verən yanğın zamanı 7 nəfər yaralanıb

Digər ölkələr
  • 25 sentyabr, 2026
  • 19:21
Kamçatka sahillərində Triumf gəmisində baş verən yanğın zamanı 7 nəfər yaralanıb

Kamçatka sahillərində (Rusiya) "Triumf" gəmisində yanğın baş verib, nəticədə 7 heyət üzvü yaralanıb.

"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Uzaq Şərq Qəza-Xilasetmə İşləri Ekspedisiya Dəstəsinin donanmaya nəzarət dispetçer xidmətindən məlumat verilib.

Məlumata görə, göyərtədə olan 29 nəfərdən 25-i "Persey" gəmisinin heyəti tərəfindən xilas edilib.

Daha əvvəl bildirilmişdi ki, 4 nəfər, o cümlədən gəminin kapitanı itkin düşmüş hesab olunur. Daha sonra xilasedicilər məlumat veriblər ki, gəminin kapitanı xilas edilib, 4 heyət üzvünün axtarışları davam edir.

44 - Tezliklə