Azərbaycanın Los-Ancelesdəki baş konsulu Qvatemala prezidenti ilə görüşüb

Xarici siyasət
  • 07 dekabr, 2015
  • 07:32
Azərbaycanın Los-Ancelesdəki baş konsulu Qvatemala prezidenti ilə görüşüb

Bakı. 7 dekabr. REPORT.AZ/ Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev Qvatemalanın yeni seçilmiş prezidenti Cimmi Moraleslə görüşüb.

"Report" xəbər verir ki, Los-Ancelesdə baş tutan görüşdə baş konsul ikitərəfli əməkdaşlıq məsələləri üzrə müzakirələr aparıb və Xocalı soyqırımını qınayan qərara görə, Qvatemala başçısına minnətdarlığını bildirib.

44 - Tezliklə