Azərbaycanın ən uca zirvəsində BƏƏ-nin bayrağı qaldırılıb

Xarici siyasət
  • 17 avqust, 2015
  • 07:04
Azərbaycanın ən uca zirvəsində BƏƏ-nin bayrağı qaldırılıb

Bakı. 17 avqust. REPORT.AZ/ Azərbaycanın ən uca zirvəsi olan Bazardüzü dağında Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) bayrağı qaldırılıb.

Bu barədə "Report"a BƏƏ-nin Azərbaycandakı səfirliyindən bildirilib.

Məlumata əsasən, Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı müvəqqəti işlər vəkili Abdulla Casim əl-Şəmsi Bazardüzü zirvəsinə qalxaraq, orada BƏƏ və Azərbaycan bayraqlarını yüksəldib.

Əl-Şəmsi bundan əvvəl də Azərbaycanın uca zirvələrinə qalxaraq, orada iki dövlətin bayraqlarını qaldırıb.

44 - Tezliklə