Azərbaycanın Bolqarıstanda tarixi qalanın bərpası ilə bağlı müqavilə imzalanıb

Xarici siyasət
  • 27 may, 2015
  • 10:39
Azərbaycanın Bolqarıstanda tarixi qalanın bərpası ilə bağlı müqavilə imzalanıb

Bakı. 27 may. REPORT.AZ/ Sofiyada Azərbaycanın Bolqarıstandakı Trapezisa qalasının bərpası və konservasiyası üçün vəsait ayırması barədə müqavilə imzalanıb. 

"Report" "Fokus" agentliyinə istinadən xəbər verir ki, sənəd Bolqarıstannın baş naziri Boyko Borisov və Azərbaycanın vitse-prezidenti Elçin Əfəndiyevin iştirakı ilə hökumət iclasından sonra imzalanıb. 

Sənədə əsasən, Heydər Əliyev Fondu qalanın bərpası və onun növbəti turist mövsümünə hazırlamaq üçün 2,5 mln. bolqar levi (1,4 mln. ABŞ dolları) məbləğində vəsait ayıracaq.

Trapezisa tarixi abidədir və eyniadlı təpədə yerləşir.