Azərbaycanda Arbitraj üzrə İkinci Beynəlxalq Yay Məktəbi keçiriləcək
- 16 yanvar, 2024
- 10:04
Yeniliklərdən dərhal xəbərdar olun!
İyun ayında Azərbaycanda Arbitraj üzrə İkinci Beynəlxalq Yay Məktəbi keçiriləcək.
“Report” xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatından (TDT) bildirilib.
Qeyd olunub ki, yay məktəbi İbn Haldun Universiteti (Türkiyə), Bakı Dövlət Universiteti (Azərbaycan) və Türkiyə Arbitraj Akademiyasının birgə təşkilatçılığı ilə baş tutacaq.
Yay məktəbinin əsas məqsədlərindən biri arbitraj sahəsində bilik və bacarıqlar əldə etmək, həmçinin qarşılıqlı təcrübə mübadiləsidir.
İyunun 24-dən 28-dək keçiriləcək yay məktəbinə qeydiyyat başlayıb.
Uluslararası Tahkim Yaz Okulu 24-28 Haziran 2024 tarihlerinde
— Organization of Turkic States (@Turkic_States) January 16, 2024
Bakü'de gerçekleştirilecektir
İbn Haldun Üniversitesi (Türkiye), Bakü Devlet Üniversitesi (Azerbaycan) ve Türk Tahkim Akademisi Türk Devletleri Teşkilatı'nın desteğiyle 24-28 Haziran 2023 tarihleri arasında Bakü'de… pic.twitter.com/f4krjLC54f