Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
- 13 noyabr, 2026
- 16:03
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Birləşmiş Ərəb Əmirliklərinin Füceyrə əmirliyində 14 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı bu ölkəyə başsağlığı verib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesabında məlumat yayıb.
"BƏƏ-nin Füceyrə əmirliyində baş vermiş, 14 nəfərin həyatına son qoyan və onlarla insanın xəsarət alması ilə nəticələnən ağır yol qəzası bizi dərindən kədərləndirib.
Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların hamısına tezliklə və tam sağalmalarını arzulayırıq.
Bu ağır gündə Birləşmiş Ərəb Əmirlikləri ilə həmrəy olduğumuzu bildiririk", - deyə məlumatda bildirilib.
Deeply saddened by the tragic road accident in #Fujairah, UAE, which claimed the lives of 14 people and left dozens injured. We extend our heartfelt condolences to the families and loved ones of the victims, and wish a speedy and full recovery to all those injured. We stand in solidarity with the UAE in this moment of grief. @mofauae
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) November 13, 2026