Azərbaycanın XİN başçısı Malayziyaya gedib

Xarici siyasət
  • 17 yanvar, 2017
  • 13:11
Azərbaycanın XİN başçısı Malayziyaya gedib

Bakı. 17 yanvar. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Malayziyaya yola düşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, E.Məmmədyarov yanvarın 19-da Kuala-Lumpurda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının iclasına qatılacaq.

Səfər zamanı nazirin ikitərəfli görüşləri gözlənilir.