Azərbaycan XİN başçısı Finlandiya xarici işlər nazirinin müavini ilə görüşüb

Xarici siyasət
  • 05 dekabr, 2019
  • 14:48
Azərbaycan XİN başçısı Finlandiya xarici işlər nazirinin müavini ilə görüşüb

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov Finlandiyanın xarici işlər nazirinin müavini Matti Anttonen ilə görüşüb.

XİN-dən "Report"a verilən məlumata görə, görüş Slovakiyanın Bratislava şəhərində keçirilən ATƏT-in Nazirlər Şurasının 26-cı görüşü çərçivəsində baş tutub. 

Görüşdə tərəflər iki ölkə arasında mövcud olan ikitərəfli münasibətlərin hazırkı durumu haqqında fikir mübadiləsi aparıblar. Tərəflər ölkələr arasında siyasi, iqtisadi, ticarət, mədəni-humanitar və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini ifadə ediblər.

Tərəflər həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların hazırkı vəziyyəti, o cümlədən iki ölkə nazirinin Bratislavada keçirilən görüşü ilə bağlı müzakirələr aparıblar.

Daha sonra tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən regional və beynəlxalq təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.