Azərbaycan və Ukraynanın Dövlət Sərhəd xidmətləri arasında əməkdaşlığın inkişaf planı imzalanıb

Xarici siyasət
  • 25 iyun, 2018
  • 09:01
Azərbaycan və Ukraynanın Dövlət Sərhəd xidmətləri arasında əməkdaşlığın inkişaf planı imzalanıb
Facebook

Bakı. 25 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Bakıda səfərdə olan ukraynalı həmkarı, general-polkovnik Petro Tsiqikala ilə görüşüb.

Ukraynanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, tərəflər qurumlar arasında əlaqələrin möhkəmləndirilməsi yollarını müzakirə ediblər.

Danışıqların yekununda Azərbaycan Dövlət Sərhəd Xidməti ilə Ukrayna Dövlət Sərhəd Xidməti arasında 2019-2020-ci illər üzrə əməkdaşlığın inkişaf planı imzalanıb.

44 filmi