Tolqa Çeltekligil: "Azərbaycan idxal məhsullarını yerli istehsalla əvəz edə bilər"

Biznes
  • 27 oktyabr, 2026
  • 10:25
Tolqa Çeltekligil: Azərbaycan idxal məhsullarını yerli istehsalla əvəz edə bilər

Azərbaycanda xaricdən gətirilən ərzaq məhsullarının həcminin azaldılması başlıca hədəflərdən birini təşkil edir.

"Report" xəbər verir ki, bunu "Bühler" şirkətinin Cənubi-Qərbi Asiya/Şərqi Afrika alt regionun rəhbəri Tolqa Çeltekligil Alman-Azərbaycan biznes konfransında deyib.

Onun sözlərinə görə, şirkət dövlətin ərzaq təhlükəsizliyi siyasətinə dəqiq uyğunlaşaraq Azərbaycandakı fəaliyyətini genişləndirmək istəyir: "Ərzaq təhlükəsizliyi taxıl saxlama anbarları, Xəzər dənizi üzərindən Orta Dəhlizə xidmət göstərilməsi, həmçinin Ələt limanı və Bakı Taxıl Terminalı kimi infrastruktur obyektləri baxımından son dərəcə mühüm məsələdir.

Hazırda idxalın minimuma endirilməsi əsas prioritetlər sırasındadır. Belə ki, mağaza rəflərində hələ də Türkiyə istehsalı makaron, İtaliya brendinə məxsus "Nutella" və sair xarici ərzaq məhsulları yer alır. Halbuki Azərbaycan bu cür məhsulların yerli şəraitdə istehsalı üçün həm xammal bazasına, həm də lazımi imkanlara malikdir. Məhz buna görə də xarici məhsullardan asılılığın aradan qaldırılması, daxili istehsalın gücləndirilməsi və sənaye sahələrinin diversifikasiyası strateji hədəflər arasında yer tutur. Biz hazırda yerli istehsalçılara həmin istiqamətdə yardım göstərməkdəyik".