​Azərbaycan və Türkiyə prezidentləri arasında təkbətək görüş keçirilir

Xarici siyasət
  • 15 mart, 2016
  • 09:01
​Azərbaycan və Türkiyə prezidentləri arasında təkbətək görüş keçirilir

Bakı. 15 mart. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başlayıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş başlayıb.

Təkbətək görüşdə iki ölkə arasındakı əlaqələrin, regional və beynəlxalq məsələlərlə yanaşı, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi ilə bağlı son vəziyyətin müzakirə ediləcəyi gözlənilir.

​Azərbaycan və Türkiyə prezidentləri arasında təkbətək görüş keçirilir