Azərbaycan və Ermənistanın parlament sədrləri konstruktiv dialoqu davam etdirəcəklər - YENİLƏNİB-2

Xarici siyasət
  • 21 oktyabr, 2025
  • 15:41
Azərbaycan və Ermənistanın parlament sədrləri konstruktiv dialoqu davam etdirəcəklər - YENİLƏNİB-2

Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarova və Alen Simonyan konstruktiv dialoqu davam etdirməyə hazır olduqlarını ifadə ediblər.

"Report"un Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Cenevrədə keçirilən görüşün yekunlarına dair Ermənistan parlamentinin məlumatında qeyd olunub.

Azərbaycan və Ermənistan parlament sədrlərinin oktyabrın 21-də Cenevrədə Parlamentlərarası İttifaqın 151-ci Asambleyası çərçivəsində ikitərəfli görüşü keçirilib.

Bu barədə "Report"a Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, aparılan müzakirələrdə spikerlər Vaşinqton sammitində əldə olunmuş razılaşmaları və münasibətlərin normallaşması üzrə görülən tədbirləri alqışlayıblar.

Tərəflər həmçinin konstruktiv dialoqun davam etdirilməsinin vacibliyini qeyd edərək parlamentlər səviyyəsində etimadın möhkəmləndirilməsi tədbirlərini dəstəkləməyə hazır olduqlarını vurğulayıblar.

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və Ermənistan parlamentinin spikeri Alen Simonyan arasında görüş keçirilir.

"Report" xəbər verir ki, görüş Cenevrə şəhərində Parlamentlərarası İttifaqın 151-ci Assambleyası çərçivəsində baş tutur.

Son xəbərlər

Bütün Xəbər Lenti