Azərbaycan və Böyük Britaniya arasında yerli özünüidarə sahəsində əməkdaşlıq məsələsi müzakirə olunub

Xarici siyasət
  • 06 fevral, 2015
  • 05:44
Azərbaycan və Böyük Britaniya arasında yerli özünüidarə sahəsində əməkdaşlıq məsələsi müzakirə olunub

Bakı. 6 fevral. REPORT.AZ/ Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə Kensinqton dairəsi və Çelsinin meri Meyqrid Kondon-Simmonds ilə görüşüb.  

Bu barədə "Report"a Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən bildiriblər.

Görüş zamanı yerli özünüidarə sahəsində mümkün əməkdaşlıq və təcrübə mübadiləsi məsələləri üzrə müzakirələr aparılıb.