Azərbaycan və Belarus arasında ikitərəfli sənədlər imzalanacaq

Xarici siyasət
  • 05 mart, 2018
  • 10:59
Azərbaycan və Belarus arasında ikitərəfli sənədlər imzalanacaq
Report

Bakı. 5 mart. REPORT.AZ/ Azərbaycan Prezidentinin bu ilin ilk yarısında Belarusa rəsmi səfər planlaşdırılır. 

"Report"un məlumatına görə, bunu jurnalistləriə Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç bildirib.

Səfirin sözlərinə görə, səfərin may-iyun aylarında reallaşdırılması nəzərdə tutulur.

Onun sözlərinə görə, səfər çərçivəsində sənaye, kənd təsərrüfatı, yüksək texnologiyalar və birjalar arasında əməkdaşlıq sahələrinə aid 10-a yaxın ikitərəfli sənədin imzalanması gözlənilir. 

44 - Tezliklə