Azərbaycan Ukraynanın bərpası üzrə Estoniyada keçiriləcək konfransda yüksək səviyyədə iştirak edəcək
- 27 noyabr, 2026
- 12:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan 2027-ci ilin yanvar ayının sonunda Estoniyada keçiriləcək Ukraynanın bərpası üzrə beynəlxalq konfransda yüksək səviyyədə iştirak edəcək.
"Report" xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Bakıda Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.
M.Tsahknanın sözlərinə görə, Estoniya qarşıdan gələn konfransı ("Ukraine Recovery Conference") Ukrayna ilə birlikdə təşkil edir.
Estoniyanın XİN rəhbəri Azərbaycanın qarşıdan gələn görüşdə iştirakını alqışlayıb və dəstəyə görə Bakıya təşəkkür edib.
"Çox şadam ki, Azərbaycan orada yüksək səviyyədə təmsil olunacaq. Biz qonşu ölkənin narahatlığının anlaşılmasına, göstərilən dəstəyə, o cümlədən sülhə nail olmaq istiqamətindəki səylərə, eləcə də qarşıdan gələn qış mövsümünün öhdəsindən gəlməkdə insanlara edilən yardıma görə minnətdarıq. Bu qış ağır olacaq", - diplomat bildirib.