Azərbaycan səfiri Yaponiyanın xarici işlər üzrə dövlət naziri ilə görüşüb

Xarici siyasət
  • 30 sentyabr, 2016
  • 11:09
Azərbaycan səfiri Yaponiyanın xarici işlər üzrə dövlət naziri ilə görüşüb

Bakı. 30 sentyabr. REPORT.AZ/ Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə bu ölkənin xarici işlər üzrə dövlət naziri Nobuo Kishi ilə görüşüb.

Bu barədə "Report"a Azərbaycanın Yaponiyadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə iki ölkə arasında siyasi və iqtisadi əməkdaşlığın müxtəlif sahələri müzakirə olunub.