Azərbaycan səfiri San-Marinonun yeni rəhbərlərinin andiçmə mərasimində iştirak edib
- 02 aprel, 2026
- 22:31
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın San-Mariondakı səfiri (həm də İtaliyadakı səfir) Rəşad Aslanov bu ölkənin Kapitan-Regentləri Aliçe Mina və Vladimiro Selvanın andiçmə mərasimində iştirak edib.
"Report" xəbər verir ki, bu barədə məlumat Azərbaycanın İtaliyadakı səfirliyinin "X"dəki hesabında yayılıb.
Qeyd edək ki, San-Marino Respublikasının Kapitan-Regentləri ölkənin iki dövlət başçısıdır (diarxiya). San-Marinoda seçki sistemi həm dövlət başçılarının (Kapitan-Regentlərin), həm də qanunverici orqanın (Böyük və Ümumi Şura) seçilməsini əhatə edir. Böyük və Ümumi Şura (Grand and General Council) 60 üzvdən ibarət birpalatalı parlamentidir. Üzvlər 5 il müddətinə ümumi səsvermə yolu ilə seçilir. Kapitan-Regentlər Böyük və Ümumi Şura tərəfindən 6 aydan bir seçilir. Kapitan-Regentlərin səlahiyyət müddəti aprelin 1-dən oktyabrın 1-ə kimidir.
L'Ambasciatore della Repubblica dell'#Azerbaigian 🇦🇿 nella Repubblica di San Marino, @rashadaslan, ha avuto l'onore di partecipare alla Cerimonia di Investitura di Loro Eccellenze Alice Mina e Vladimiro Selva, Capitani Reggenti della Repubblica di San Marino 🇸🇲 pic.twitter.com/gDUwpZvzqE
— Azerbaigian in Italia (@AmbasciataAZE) April 2, 2026