Azərbaycan, Qazaxıstan və Qırğızıstan PUA-ların istifadəsi üzrə birgə təlim keçirib

Xarici siyasət
  • 19 sentyabr, 2025
  • 14:02
Azərbaycan, Qazaxıstan və Qırğızıstan PUA-ların istifadəsi üzrə birgə təlim keçirib

Azərbaycan, Qazaxıstan və Qırğızıstan Fövqəladə Hallar nazirliklərinin (FHN) pilotsuz uçuş aparatlarının (PUA) operatorları sentyabrın 15-19-da Almatı şəhəri və Almatı vilayətində fövqəladə halların qarşısının alınması və aradan qaldırılmasında dronların istifadəsinə həsr olunmuş beynəlxalq təlimdə iştirak ediblər.

"Report" xəbər verir ki, bu barədə Qazaxıstan FHN məlumat yayıb.

Tədbir Fövqəladə Hallar və Təbii Fəlakət Risklərinin Azaldılması Mərkəzi tərəfindən Beynəlxalq Mülki Müdafiə Təşkilatının (ICDO) və Qazaxıstan FHN-in dəstəyi ilə təşkil edilib.

Təlimdə təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında (zərərçəkənlərin axtarışı, sel axını, qar uçqunu, sürüşmə və daşqınların monitorinqi) pilotsuz uçuş aparatlarının əməli tətbiqinə xüsusi diqqət yönəldilib.

Son xəbərlər

Bütün Xəbər Lenti