Azərbaycan qadınların parlamentdə təmsil olunması baxımından Cənubi Qafqaz ölkələri arasında liderdir

Xarici siyasət
  • 10 iyul, 2017
  • 13:53
Azərbaycan qadınların parlamentdə təmsil olunması baxımından Cənubi Qafqaz ölkələri arasında liderdir

Bakı. 10 iyul. REPORT.AZ/ Azərbaycan qadınların parlamentdə təmsil olunması baxımından Cənubi Qafqaz ölkələri arasında liderdir.

"Report" xəbər verir ki, bu barədə BMT-nin "Women in Politics" adlı hesabatında deyilir.

Hesabata əsasən, Azərbaycan parlamentdə qadınların sayının kişilərin sayına nisbəti sıralamasında 194 ölkə arasında 118-ci yeri tutub. Azərbaycanın qonşuları arasında Gürcüstan 124-cü, Rusiya 129-cu, Türkiyə 132-ci, Ermənistan 160-cı sırada qərarlaşıb.

Bu siyahıda lider mövqelərdə Ruanda və Boliviya yer alıb. Bu ölkələrdə deputat kreslolarının yarıdan çoxu zərif cinsin nümayəndələrinə məxsusdur.

Qeyd edək ki, Azərbaycanda Milli Məclisin 125 deputatından 21-i qadındır.