Azərbaycan Prezidenti Misirin dövlət başçısını təbrik edib

Xarici siyasət
  • 22 iyul, 2016
  • 14:08
Azərbaycan Prezidenti Misirin dövlət başçısını təbrik edib

Bakı. 22 iyul. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının prezidenti Əbdülfəttah əs-Sisiyə təbrik məktubu göndərib. 

"Report"un məlumatına görə, təbrikdə deyilir: 

"Hörmətli cənab prezident,

Misir Ərəb Respublikasının milli bayramı – İnqilab günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Misir xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".