ABŞ Çinlə daha geniş ticarət sazişini nəzərdən keçirir

Digər ölkələr
  • 23 sentyabr, 2026
  • 23:21
ABŞ Çinlə daha geniş ticarət sazişini nəzərdən keçirir

ABŞ Çinlə daha genişmiqyaslı ticarət sazişi bağlama ehtimalını nəzərdən keçirir.

"Report"un Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın maliyyə naziri Skott Bessent Çin Dövlət Şurasının baş nazir müavini He Lifenglə görüşünün yekunları ilə bağlı açıqlamasında bildirib.

Onun sözlərinə görə, görüş zamanı Çin tərəfi daha geniş ticarət sazişinin bağlanmasını təklif edib.

ABŞ maliyyə naziri Vaşinqtonun Pusanda əldə olunmuş razılaşmanın müddətinin uzadılmasına və ya daha genişmiqyaslı yeni ticarət sazişinin imzalanmasına açıq olduğunu bildirib.

"Bizim üçün hər iki variant məqbuldur. ABŞ xalqının maraqlarına ən çox cavab verən yolu seçəcəyik", – deyə Bessent vurğulayıb.

Daha sonra ABŞ maliyyə naziri "X" sosial şəbəkəsində paylaşım edərək He Lifenglə ABŞ-Çin iqtisadi münasibətlərinə dair "məzmunlu danışıqlar" apardığını bildirib.