Azərbaycan Prezidenti Livanın dövlət başçısını təbrik edib

Xarici siyasət
  • 21 noyabr, 2018
  • 14:07
Azərbaycan Prezidenti Livanın dövlət başçısını təbrik edib

Bakı. 21 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Livan Respublikasının Prezidenti Mişel Auna təbrik məktubu ünvanlayıb. 

"Report"un məlumatına görə, təbrik mətnində deyilir: 

"Hörmətli cənab Prezident,

Livan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Livan xalqına sülh və rifah diləyirəm".