Veronika Jilina Almatıda keçirilən yarışda 6-cı yeri tutub

Fərdi
  • 10 oktyabr, 2026
  • 10:28
Veronika Jilina Almatıda keçirilən yarışda 6-cı yeri tutub

Azərbaycanı fiqurlu konkisürmə üzrə beynəlxalq arışlarda təmsil edən Veronika Jilina Qazaxıstanın Almatı şəhərində keçirilən "Denis Ten Memorial" turnirində çıxış edib.

Bu barədə "Report"a Azərbaycan Qış İdman Növləri Federasiyasından bildirilib.

İdmançı qısa və sərbəst proqramlar üzrə nümayiş etdirdiyi çıxışların yekununda ümumilikdə 125,68 xal toplayıb.

Bu nəticə ilə V.Jilina 19 idmançı arasında 6-cı yeri tutub.