Azərbaycan Prezidenti İtaliya baş nazirinin birinci müavinini qəbul edib
- 13 iyun, 2015
- 08:36
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 13 iyun. REPORT.AZ/ İyunun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün ölkəyə səfərə gələn İtaliya Respublikası baş nazirinin birinci müavini Klaudio De Vinçentini qəbul edib. “Report”un xəbərinə görə, İtaliya baş nazirinin birinci müavini Klaudio De Vinçenti “Bakı-2015” ilk Avropa Oyunlarının açılış mərasiminin onda dərin təəssürat yaratdığını deyib.
Görüşdə Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi vurğulanıb, səfərin əməkdaşlığın müxtəlif istiqamətlərinin müzakirəsi baxımından önəmi qeyd olunub, əlaqələrin enerji, sərmayə qoyuluşu, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, qeyri-neft sektoru və digər sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.