Azərbaycan Prezidenti Gürcüstanın ədliyyə nazirini qəbul edib
Xarici siyasət
- 11 mart, 2022
- 08:46
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Gürcüstanın ədliyyə naziri Rati Breqadzenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
"Report" xəbər verir ki, görüşdə Azərbaycanla Gürcüstan arasında dostluq əlaqələrinin müxtəlif istiqamətlərdə, o cümlədən nəqliyyat, enerji, ticarət sahələrində uğurla inkişaf etdiyi bildirilib.
Söhbət zamanı Azərbaycanın və Gürcüstanın Ədliyyə nazirlikləri arasında təcrübə mübadiləsinin aparılmasının əhəmiyyətinə toxunulub.
Rati Breqadzenin ölkəmizə səfərinin və səfər çərçivəsində nazirliklər arasında imzalanan Əməkdaşlıq Memorandumunun bu sahədə əlaqələrin genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.
Son xəbərlər
14:56
Lula da Silva: Müharibə və inflyasiya ilə yanaşı, iqlim dəyişikliyi də dünya üçün təhlükədir
Digər ölkələr
14:50
Astarada mikroavtobus aşıb, 4 nəfər xəsarət alıb - Əlavə olunub
Hadisə
14:49
"Barselona" Lisandro Martinesi transfer etmək istəyir
Futbol
14:47
Vergi rəsmisi: "Dəyişikliklər hesabına ixrac fəaliyyəti stimullaşdırılacaq"
Biznes
14:46
Ərdoğan COP31-ə hazırlığa göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib
Xarici siyasət
14:41
ƏDV ödəyicisi olmayan sahibkarlardan alış-verişdə də keşbek tətbiq olunacaq
Biznes
14:37
Azərbaycandakı yük daşıyıcıları ƏDV və mənfəət vergisi yükündən azad ola biləcək
Biznes
14:35
Azərbaycanda kiberhücum indikatorlarının paylaşılması 3 dəfə artıb
İKT
14:33
Qırmızı Bazarda traktor minaya düşüb, xəsarət alan var
Hadisə