​Azərbaycan prezidenti BP şirkətinin baş icraçı direktoru ilə görüşüb

Xarici siyasət
  • 20 yanvar, 2016
  • 19:38
​Azərbaycan prezidenti BP şirkətinin baş icraçı direktoru ilə görüşüb

Bakı. 20 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycan prezidenti İlham Əliyevin Davosda Böyük Britaniyanın BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşü olub.

"Report" xəbər verir ki, görüşdə “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarının işlənilməsində Azərbaycan ilə BP şirkəti arasında əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub.

Həmçinin Abşeron yarımadasının dayaz sulu hissəsində geoloji kəşfiyyat işlərinin aparılması sahəsində işlərin uğurla davam etdirildiyi vurğulanıb.

44 - Tezliklə