Azərbaycan-Özbəkistan münasibətlərinin cari vəziyyəti barədə fikir mübadiləsi aparılıb
- 11 avqust, 2026
- 18:39
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın Özbəkistandakı səfiri Rəşad Məmmədov bu ölkənin xarici işlər nazirinin müavini Bobur Usmanovla görüşüb.
"Report" xəbər verir ki, bu barədə R. Məmmədov "X" sosial şəbəkə hesabında məlumat yayıb.
"Görüş zamanı Azərbaycan-Özbəkistan strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb", - o yazıb.
Tərəflər ikitərəfli və çoxtərəfli əməkdaşlığın daha da genişləndirilməsi, qarşılıqlı maraq doğuran məsələlər üzrə səmərəli əlaqələrin davam etdirilməsi barədə müzakirələr aparıblar.
Azərbaycan Respublikasının Özbəkistan
— Dr. Rashad Mammadov (@R_Eynaddinoglu) August 11, 2026
Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov Özbəkistan
Respublikası Xarici İşlər nazirinin müavini Bobur Usmanovla görüşüb. Görüş
zamanı Azərbaycan–Özbəkistan strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti
və… pic.twitter.com/jlRnXv7a3K