Azərbaycan Mərakeşdə Ana Dili Günü tədbirində iştirak edib
Xarici siyasət
- 14 fevral, 2026
- 08:12
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın Mərakeşdəki Səfirliyinin dəstəyi ilə ölkəmiz hər il olduğu kimi bu il də Krallıq Amaziq Mədəniyyəti İnstitutunun (IRCAM) Beynəlxalq Ana Dili Günü münasibətilə keçirdiyi tədbirdə iştirak edib.
"Report" xəbər verir ki, gənc iştirakçı Aydın Cəfərov Azərbaycan dilində görkəmli şair Səməd Vurğunun "Azərbaycan" şeirini səsləndirib. Çıxış iştirakçıların marağına səbəb olub və Azərbaycan poeziyasına diqqəti artırıb.
UNESCO-nun təsis etdiyi Beynəlxalq Ana Dili Günü çərçivəsində keçirilən tədbir dil müxtəlifliyinin qorunmasına və ana dillərinə dəstək verilməsinə yönəlib. Azərbaycan nümayəndələrinin bu cür görüşlərdə iştirakı ənənəvi hal alıb və mədəni mübadiləyə töhfə verir.
Foto
Foto
Son xəbərlər
04:16
Hörmüz boğazında 750 min barel neft daşıyan tanker minaya düşüb
Region03:50
Tramp: Ağ Evin yeni mətbuat katibi ilk brifinqini oktyabrın 13-də keçirəcək
Digər ölkələr03:15
Kanada ABŞ-yə neft və dizel yanacağının ixracını artırmağı planlaşdırır
Digər ölkələr02:58
İndoneziyada 5,8 maqnitudalı zəlzələ baş verib
Digər ölkələr02:17
Misir-Sudan sərhədində qızıl mədəninə hava zərbəsi endirilib, onlarla mədənçi ölüb
Digər ölkələr01:46
İraqın baş naziri oktyabrın 14-də Səudiyyə Ərəbistanına səfər edəcək
Digər ölkələr01:12
Səudiyyə Ərəbistanı və İran XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər
Region00:53
Moskvaya uçan 25-dən çox təyyarə ehtiyat aerodromlara yönləndirilib
Region00:16