Azərbaycan ilə BMT arasında tərəfdaşlıq məsələləri müzakirə olunub

Xarici siyasət
  • 02 noyabr, 2021
  • 10:28
Azərbaycan ilə BMT arasında tərəfdaşlıq məsələləri müzakirə olunub

Xarici işlər naziri Ceyhun Bayramov ilə BMT-nin İnkişafın Əlaqələndirilməsi Ofisinin Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Qvi-Yop Son arasında onlayn görüş keçirilib.

“Report” xəbər verir ki, bu barədə BMT-nin Azərbaycan nümayəndəliyindən məlumat verilib.

Bildirilib ki, tərəflər BMT ilə Azərbaycan arasında dayanıqlı inkişaf məqsədilə tərəfdaşlıq, habelə pandemiyadan və münaqişədən sonrakı dövrdə dirçəliş məsələlərini müzakirə ediblər.