XİN: Azərbaycan Abxaziyada keçirilmiş qondarma parlament seçkilərinin nəticələrini tanımır

Xarici siyasət
  • 13 mart, 2017
  • 15:15
XİN: Azərbaycan Abxaziyada keçirilmiş qondarma parlament seçkilərinin nəticələrini tanımır
Report.az

Bakı. 13 mart. REPORT.AZ/ Azərbaycan Xarici İşlər Nazirliyi Abxaziyada keçirilmiş qondarma parlament seçkiləri ilə əlaqədar bəyanat yayıb.

Nazirlikdən "Report"a verilən məlumata görə, sənəddə bildirilir ki, Azərbaycan Respublikası Abxaziyanın müstəqilliyini və nəticə etibarilə martın 12-də Abxaziyada keçirilmiş qondarma parlament seçkilərinin nəticələrini tanımır.

"Azərbaycan Xarici İşlər Nazirliyi inanır ki, Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həlli üçün danışıqların davam etdirilməsi zəruridir", - bəyanatda vurğulanıb.

44 filmi