Avropa Komissiyası SAFE müdafiə kredit proqramı üzrə 21,3 milyard avroluq müraciətlərin qəbuluna başlayıb
- 29 oktyabr, 2026
- 15:56
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa Komissiyası SAFE müdafiə kredit proqramı çərçivəsində qalan 21,3 milyard avro üçün müraciətlərin qəbuluna başlayıb və vəsaitin bir hissəsini Ukrayna ilə birgə silah satınalmalarına yönəltməyə çağırıb.
"Report"un Avropa bürosunun məlumatına görə, bu barədə Brüsseldə Avropa Komissiyasının nümayəndəsi Toma Renye bildirib.
"İkinci raund Avropa İttifaqının (Aİ) bütün üzv dövlətləri üçün açıq olacaq", - o bildirib.
Aİ ölkələri zəruri maliyyələşdirmə həcmlərini və milli müdafiə prioritetlərini göstərməklə öz müraciətlərini təqdim etməlidirlər. Müraciətlərin qəbulu başa çatdıqdan sonra Avropa Komissiyası iki həftə ərzində vəsaitlərin ilkin bölgüsü barədə dövlətləri məlumatlandırmaq niyyətindədir.
Avropa Komissiyası həmçinin Aİ ölkələrini öz investisiya planlarında Ukrayna ilə birgə satınalmaları nəzərdə tutmağa çağırıb. Prioritetlər sırasında - hava və raket hücumundan müdafiə sistemləri, pilotsuz uçuş aparatları və onlarla mübarizə vasitələri, eləcə də döyüş sursatları, raketlər var.
Avropa Komissiyasının məlumatına görə, proqramda iştirak etmək qərarına gələn 19 ölkə ümumi məbləği 130 milyard avro olan kredit sazişlərinin təsdiqini alıb. Onlardan 16-sı ilə sazişlər imzalanıb və ilkin maliyyə tələb edən 11 dövlətə demək olar ki, 13,5 milyard avro köçürülüb.