İspaniyada qatar nasazlıq səbəbindən tuneldə qalıb

Digər ölkələr
  • 29 oktyabr, 2026
  • 17:25
İspaniyada qatar nasazlıq səbəbindən tuneldə qalıb

İspaniyada Mursiya-Valyadolid marşrutu üzrə hərəkət edən "Ouigo" sürət qatarı kontakt şəbəkəsində yaranmış nasazlıq səbəbindən tuneldə qalıb.

"Report" xəbər verir ki, bu barədə İspaniya mediası məlumat yayıb.

Qatarda 454 nəfərin olduğu bildirilir.

"Ouigo" şirkətindən bildirilib ki, sərnişinlərin təxliyəsi və Çamartinə çatdırılması üçün qatarın göndərilməsi planlaşdırılır. Bundan başqa, sərnişinlər biletin qiymətinin 200 %-i məbləğində kompensasiya alacaqlar.

Qeyd edək ki, dünən Toledoda iki qatarın toqquşması nəticəsində 68 nəfər həlak olub, 64 sərnişin itkin düşüb. Ölkədə oktyabrın 29-dan 31-dək ümummilli matəm elan edilib.