ATƏT sədrinin Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələri ilə onlayn görüşü olub
- 22 oktyabr, 2025
- 16:08

ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen Azərbaycan vətəndaş cəmiyyəti ilə onlayn görüş keçirib.
"Report"un məlumatına görə, o, bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Bu gün Azərbaycan vətəndaş cəmiyyəti ilə ilhamverici onlayn görüş keçirdim. Qeyri-hökumət təşkilatları, hüquq müdafiəçiləri, jurnalistlər və digər vətəndaş cəmiyyəti subyektləri demokratiyanın dayanıqlılığının təməlidir", - o qeyd edib.
Today I had a very inspiring online meeting with Azerbaijani civil society, whose work is of utmost importance. Non-governmental organizations, human rights defenders, journalists, and other civil society actors are the lifeblood of democratic resilience. #OSCE25FI @Finland_OSCE pic.twitter.com/2p9VMSZtJs
— Elina Valtonen (@elinavaltonen) October 22, 2025