Aşqabadda Xəzərin statusu üzrə xüsusi işçi qrupun iclası başlayır

Xarici siyasət
  • 27 yanvar, 2016
  • 05:41
Aşqabadda Xəzərin statusu üzrə xüsusi işçi qrupun iclası başlayır

Bakı. 27 yanvar. REPORT.AZ/ Türkmənistanın paytaxtı Aşqabadda Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyanın hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində işçi qrupun 43-cü iclası başlayır.  

"Report" xəbər verir ki, iclasda beş Xəzəryanı ölkənin xarici işlər nazirlərinin müavinləri Xəzərin hüquqi statusuna dair bütün həll olunmayan məsələlərin müzakirəsini davam etdirəcək.

İclas yanvarın 29-da çatacaq. 

Xatırladaq ki, növbəti Xəzər sammitinin 2016-cı ildə  Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilməsi planlaşdırılır.