AŞPA prezidenti vəzifəsini müvəqqəti icra edəcək şəxsin adı açıqlanıb

Xarici siyasət
  • 06 oktyabr, 2017
  • 13:02
AŞPA prezidenti vəzifəsini müvəqqəti icra edəcək şəxsin adı açıqlanıb

Bakı. 6 oktyabr. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Aqramuntun istefası ilə əlaqədar təşkilata rəhbərlik müvəqqəti olaraq vitse-prezidentə tapşırılıb.

"Report" AŞPA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, vitse-prezident Rocer Geyl Assambleyanın növbəti plenar iclasında yeni prezident seçilənə qədər bu vəzifəni müvəqqəti icra edəcək.

Xatırladaq ki, P.Aqramunt bu gün sağlamlığı ilə əlaqədar AŞPA-nın prezidenti vəzifəsindən istefa verib.

Beləliklə, oktyabrın 9-da AŞPA-nın növbəti plenar sessiyasında onun vəzifədən kənarlaşdırılması ilə bağlı planlaşdırılan müzakirələrə ehtiyac qalmayıb.

Qeyd edək ki, AŞPA-nın növbəti payız sessiyası oktyabr 9-dan 13-dək Strasburqda keçiriləcək.

44 filmi