AŞPA həmməruzəçiləri gələn həftə Azərbaycana səfər edəcək

Xarici siyasət
  • 27 fevral, 2015
  • 14:23
AŞPA həmməruzəçiləri gələn həftə Azərbaycana səfər edəcək

Bakı. 27 fevral. REPORT.AZ/ AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt və Tadeiuş İvinski martın 2-3-də Bakıya gələcək. 

"Report" AŞPA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, həmməruzəçilər səfər çərçivəsində dövlət rəsmiləri, vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək. 

Görüşlərdə Azərbaycanın Avropa İttifaqı (Aİ) qarşısındakı öhdəliklərinin yerinə yetirilməsi məsələsi müzakirə olunacaq. 

Xatırladaq ki, polşalı deputat T.İvinski AŞPA-nın yanvarın 29-da Strasburqda keçirilən qış sessiyasında qurumun Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi seçilib. O bu vəzifədə maltalı Cozef Debono Qrexi əvəz edib. Bu, T.İvinskinin yeni təyinatdan sonra Azərbaycana ilk səfəridir. 

44 - Tezliklə