AŞPA-da Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət müzakirə ediləcək
Xarici siyasət
- 08 sentyabr, 2020
- 12:46
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) monitorinq komitəsinin iclası sentyabrın 10-da videokonfrans formatında keçiriləcək.
Bu barədə “Report” AŞPA-nın Mətbuat xidmətinə istinadən məlumat verir.
İclasda Ermənistanın iyulun 12-dən 16-dək Tovuz istiqamətində Azərbaycan mövqelərinə hücum cəhdləri müzakirə ediləcək.
Müzakirələr zamanı Azərbaycan üzrə həmməruzəçi Ştefan Şennak, həmçinin Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri - Səməd Seyidov və Tural Gəncəliyev çıxış edəcəklər.
Qeyd edək ki, bu gün AŞPA iclası çərçivəsində Tural Gəncəliyevin Ermənistan rəhbərliyi tərəfindən Livan ermənilərinin Dağlıq Qarabağda qanunsuz məskunlaşdırılması ilə bağlı qaldırdığı məsələ də müzakirə olunub.
Son xəbərlər
09:03
Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib
Futbol
09:01
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (14.10.2026)
Maliyyə
09:00
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (14.10.2026)
Maliyyə
08:57
Polşada Baltik dənizi çimərliyində naməlum uçuş aparatının qalıqları aşkarlanıb
Digər ölkələr
08:33
Binəqədi, Qaradağ və Sabunçunun bir sıra ərazilərində qaz olmayacaq
Energetika
08:23
ABŞ-nin narkotik ticarətçilərinə zərbələri kokain daşınmasının qarşısını ala bilməyib
Digər ölkələr
08:11
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
08:02
Tramp bir daha İranla münaqişənin tezliklə sona çatacağını bildirib
Digər ölkələr
07:48
Britaniya HDQ-nin yeganə buzqıran patrul gəmisi sıradan çıxıb
Digər ölkələr