"ASAN Viza" sistemi XİN-in "arzuolunmaz şəxslər" siyahısında olan adları avtomatik müəyyənləşdirəcək

Xarici siyasət
  • 16 dekabr, 2016
  • 08:50
ASAN Viza sistemi XİN-in arzuolunmaz şəxslər siyahısında olan adları avtomatik müəyyənləşdirəcək

Bakı. 16 dekabr. REPORT.AZ/ ""ASAN Viza" sistemi Azərbaycan Xarici İşlər Nazirliyinin "arzuolunmaz şəxslər" siyahısında olan şəxslərin adlarını avtomatik olaraq yoxlayacaq".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib.

O bildirib ki, əgər müraciət edən şəxsin adı "arzuolunmaz şəxslər" siyahısındadırsa həmin şəxsə viza verilməsindən imtina ediləcək.