AŞ-nin Baş katibi: "Azərbaycan və Ermənistan arasında qarşılıqlı inam gücləndirilməlidir"
- 28 sentyabr, 2021
- 14:24
Yeniliklərdən dərhal xəbərdar olun!
"Azərbaycan və Ermənistan arasında qarşılıqlı inamı gücləndirən tədbirlərin görülməsinə başlanılmalıdır".
"Report"un yerli bürosu xəbər verir ki, bunu Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç AŞPA-nın payız sessiyası zamanı bildirib.
Onun sözlərinə görə, Avropa Şurası Azərbaycan və Ermənistan arasında qarşılıqlı inamı gücləndirən tədbirlərin görülməsinə başlayıb: "Qarşılıqlı inamı gücləndirən tədbirlər münaqişədən sonrakı mərhələdə vacibdir və əhəmiyyətli rola malikdir. Lakin bu, yalnız hər iki tərəfin razılığı olması zamanı mümkündür".
Baş katib qadınların bu məsələdəki roluna da toxunub: "Bu məqsədlə siyasətdən uzaq mövzular ətrafında müzakirələr aparmaq məqsədəuyğundur. Qadınların rolu mövzusu ən məsləhətli mövzulardan biridir."