Antonio Koşta: Bakı və İrəvan arasında irəliləyiş münasibətlərin tam normallaşması istiqamətində qətiyyətli addımdır

Xarici siyasət
  • 14 mart, 2025
  • 13:00
Antonio Koşta: Bakı və İrəvan arasında irəliləyiş münasibətlərin tam normallaşması istiqamətində qətiyyətli addımdır
Antonio Koşta

Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Antonio Koşta Bakı və İrəvan arasında sülh prosesində irəliləyişi alqışlayıb.

“Report”un məlumatına görə, öz müraciətində Koşta Azərbaycan və Ermənistan liderlərini sülh sazişinin mətni üzərində işin başa çatması münasibətilə təbrik edib.

"Bu, münasibətlərin tam normallaşması və regionda kommunikasiyaların açılması istiqamətində qətiyyətli addımdır. Mən irəli getməyə və sülh sazişini imzalamağa çağırıram. Aİ Cənubi Qafqazda dayanıqlı sülh və təhlükəsizliyin təmin edilməsi yolunda bütün növbəti addımları dəstəkləməyə hazırdır", - o “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.