Almaniyanın Azərbaycandakı səfirliyi müharibə qurbanlarının xatirəsini anacaq

Xarici siyasət
  • 12 noyabr, 2015
  • 07:36
Almaniyanın Azərbaycandakı səfirliyi müharibə qurbanlarının xatirəsini anacaq

Bakı. 12 noyabr. REPORT.AZ/ Almaniyanın Azərbaycandakı səfirliyi Bakıda müxtəlif müharibələrdə həlak olmuş insanların və bütün xalqlardan olan zülm qurbanlarının xatirəsini anacaq.

Bu barədə "Report"a Almaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Anım mərasimi noyabrın 15-də keçiriləcək. Həmin gün səfirlik Bakı və Sumqayıtda əsgərlərin dəfn olunduğu qəbirstanlıqlarda anım mərasimi təşkil edəcək. 

44 filmi